Dünya

İlon Maskın şirkəti ABŞ ilə gizli müqavilə bağlayıb

Sharing is caring!


Məşhur iş adamı İlon Maskın “SpaceX” şirkəti ABŞ hökuməti ilə 1,8 milyard dollar dəyərində gizli müqavilə imzalayıb.

Bu barədə “The Wall Street Journal” nəşri şirkətin sənədlərinə istinadən yazıb.

Bildirilib ki, müqavilə hələ 2021-ci ildə bağlansa da, ictimaiyyətə açıqlanmayıb.

“SpaceX” sənədində qeyd olunub ki, hökumətdən alınan pullar şirkətin maliyyə göstəricilərində əsas rol oynayacaq. Lakin “dövlət müştərisi”nin kimliyi ilə bağlı məlumat verilməyib.

Jurnalistlər vurğulayırlar ki, razılaşmanın məxfiliyi və miqyası “SpaceX” ilə ABŞ milli təhlükəsizlik orqanları arasında əlaqələrin güclənməsindən xəbər verir.

Nəşrin məlumatına görə, şirkət 2002-ci ildə yaradılandan bəri ABŞ ordusu ilə əməkdaşlıq edir. O zaman “SpaceX” bir peykin buraxılması üzrə müqavilə əldə edib ki, bunda da ABŞ kəşfiyyatı iştirak edib.

2022-ci ildə Pentaqon “SpaceX”ə Ukrayna ordusunu “Starlink” peyk interneti ilə təmin etməyi tapşırıb.

2023-cü ildə şirkət həmçinin “Starshield” hərbi peyklərinin kosmosda yerləşdirilməsi üzrə 70 milyon dollarlıq tenderi qazanıb ki, bunun da ABŞ Müdafiə Nazirliyinin müttəfiqlərinə rabitə xidmətləri göstərməsi nəzərdə tutulub. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir