Dünya

Polşada NATO-dan çıxmaq tələbi ilə aksiya keçirilib – VİDEO

Sharing is caring!


Polşada fermerlərin keçirdiyi aksiyada ölkənin NATO-dan çıxması tələbi də səsləndirilib.

Yürüş iştirakçıları əllərində “NATO-ya yox”, “Bu bizim müharibəmiz deyil” yazılı plakatlar tutublar.

Xatırladaq ki, Polşada artıq bir neçə gündür ki, fermerlər Ukrayna məhsullarını boykot etməkdə davam edirlər. Polşada fermerlər, Avropa İttifaqının Ukraynadan ucuz idxalı dayandırmaq üçün kifayət qədər iş görməməsindən şikayət edirlər. Onların fikrincə, bu da yerli istehsalın azalmasına gətirib çıxarır. Buna görə də Ukrayna yük maşını sürücülərinin 27 üzv ölkədə işləmək üçün icazə alması tələbinin yenidən tətbiq edilməsini istəyirlər.

Mənbə: Apostrophe.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir