Dünya

Husilərin hücumuna məruz qalan Britaniya gəmisi batıb

Sharing is caring!


Yəmən husilərinin “Ənsar Allah” hərəkatı tərəfindən Ədən körfəzində hücuma məruz qalan gəmi batıb.

Bu barədə Yəməndəki mənbələrə istinadən məlumat yayılıb.

Husilərin hərbi nümayəndəsi Yəhya Sariya bazar ertəsi səhər saatlarında Yəmən Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin Britaniyaya məxsus “Rubymar” gəmisinə bir neçə gəmi əleyhinə raketlə hücum etdiyini və gəminin batmaq təhlükəsi ilə üzləşməsinə gətirib çıxaran ziyan gördüyünü bildirib.

O qeyd edib ki, əməliyyat zamanı gəminin heyəti təxliyə edilib.

Qeyd edək ki, İrana bağlı olan husilər (Yəmənin “Ənsar Allah” hərəkatı) xüsusən İsrail-HƏMAS müharibəsi başlayandan sonra mütəmadi olaraq Qırmızı dənizdə ticarət gəmilərinə hücum edirlər.

Mənbə: “RİA Novosti” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir