Dünya

Nikki Heyli: “ABŞ-nin növbəti prezidenti qadın olacaq”

Sharing is caring!


“ABŞ-nin növbəti prezidenti qadın olacaq”.

Bu proqnozu “Fox News”a müsahibəsində BMT-nin keçmiş səfiri, respublikaçı Nikki Heyli verib.

Onun sözlərinə görə, Ağ Evin yeni rəhbəri ya özü, ya da demokratlardan olan vitse-prezident Kamala Harris olacaq.

Respublikaçı namizədin fikrincə ABŞ-nin indiki Prezidenti Co Bayden də, onun sələfi Donald Tramp da yaşlı olduqlarına görə prezident rolunun öhdəsindən gələ bilməyiblər.

“İki dəfə Trampa səs verdim. Onun administrasiyasında xidmət etməkdən qürur duyurdum, amma bundan sonra baş verənlər xaosdur”, – deyə Heyli bildirib.

Qeyd edək ki, Trampın Respublikaçılar Partiyasından ən ciddi rəqibi olan Heyli daha çox ənənəvi respublikaçı siyasətini, o cümlədən ABŞ-nin xarici siyasətdə güclü rolunu dəstəkləyir.

Mənbə: İz.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir