Dünya

Kianu Rivz mələk obrazında görüntüləndi – FOTO/VİDEO

Sharing is caring!


Aktyor Kianu Rivz ABŞ-nin Los-Anceles şəhərində mələk obrazında görüntülənib.

59 yaşlı aktyor “Uğur” (Good Fortune) filminin çəkilişləri zamanı paparatsiyalara tuş gəlib. Rivz çəkiliş meydançasına bej rəngli uzun trenç, ağ köynək, boz şalvar və qəhvəyi çəkmədə çıxıb. Sənətçi libasına yaşıl qalstuk və mələk qanadları da əlavə edib.

Xatırladaq ki, ötən ilin aprel ayında rejissor Əziz Ənsarinin Set Rogen və Kianu Rivzin rol alacağı “Uğur” adlı komediya filmi çəkəcəyi xəbəri yayılmışdı. Filmin ərsəyə gəlməsi ilə “Lionsgate” kinostudiyası məşğul olacaq. Süjetin təfərrüatları hələlik məlum deyil.

Mənbə: Daily Mail

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir