Dünya

Medvedçuk özünün kimlərlə dəyişdirildiyindən danışdı: “Azov”un döyüşçüləri deyildilər…” – FOTO

Sharing is caring!


Ukraynada qadağan olunmuş “Müxalifət platforması – Həyat naminə” partiyasının keçmiş lideri Viktor Medvedçuk özünün mübadiləsi ilə bağlı təfərrüatı paylaşıb və kimlərlə dəyişdirildiyini deyib.

Medvedçuk bildirib ki, onun Ukraynanın “Azov” batalyonunun döyüşçüləri ilə mübadiləsi barədə məlumatlar həqiqəti əks etdirmir. Siyasətçinin sözlərinə görə, o, əslində xarici muzdlularla dəyişdirilib.

“Məni Ukrayna Prezidenti Volodimir Zelenskinin tərəfində döyüşən və Rusiya ordusu tərəfindən əsir götürülən əcnəbilərlə dəyişdirdilər”, – deyə o qeyd edib.

Müxalifətçinin sözlərinə görə, mübadilə üçün ümumi siyahılarda “Azov” döyüşçülərinin adları yer alıb, lakin onlardan başqa xarici vətəndaşlar və digər hərbi qulluqçuların da adları olub və nəticədə o bu siyahıdan on əcnəbi ilə dəyişdirilib.

Mənbə: NEWS.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir