Dünya

Fransada fermerlərdən hökumətə yeni təhdid

Sharing is caring!


Fransa Fermerlərinin Həmkarlar İttifaqının (FNSEA) rəhbəri Arno Russo bildirib ki, əlavə dəstək tədbirləri olmadığı halda etirazlar bərpa ediləcək.

“On gün ərzində dəyişiklik görməsək, tətilləri bərpa etməyə hazırıq”, – deyə Russo bildirib.

O əlavə edib ki, fransalı fermerlər hökumətin kənd təsərrüfatı sektorunda dəyişikliklər etmək üçün az iş görməsindən narazıdırlar. Fransanın bəzi departamentlərində fermerlər artıq etiraz aksiyalarına qayıdıblar.

Xatırladaq ki, bu ölkədə yanvar ayından bəri fermerlər vaxtaşırı etiraz aksiyaları keçirirlər.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir