Cəmiyyət

Övladı və nəvəsinin qəbirləri dağıdılan Şirvan sakininin ittihamına DİN münasibət bildirdi

Sharing is caring!

Şirvan sakini qohumlarını öz övladının qəbrini dağıtmaqda ittiham edir.

Vətəndaş iddia edir ki, məsələnin araşdırmasında polis əməkdaşları tərəfindən zəruri addımlar atılmır.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Şirvan şəhər sakini Ə.Nuriyev qeyd olunan məsələ ilə bağlı Şirvan Şəhər Polis Şöbəsinə müraciət edib:

“Daxil olan müraciətlə əlaqədar Şirvan Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb. Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, Şirvan sakini Əfrayıl Nuriyev APA TV-yə müraciət edərək, oğlu və bir yaşlı nəvəsinin qəbirlərinin yaxın qohumları tərəfindən dağıdıldığını iddia edib. Əfrayıl və Qonça Hacıəliyeva iddia ediblər ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilsə də, polis şikayətə lazımınca diqqət göstərmir. Ailə məzarı dağıdan şəxs və ya şəxslərin qanunvericiliyə əsasən cəzalandırılmalarını tələb edir.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir