Dünya

Məşhur yunanıstanlı xizəkçi qar uçqunu altında qalaraq öldü – FOTO

Sharing is caring!


Yunanıstanın dünyaca məşhur xizəkçilərindən və alpinistlərindən olan, həmçinin xizək üzrə təlimatçı vəzifəsində çalışan 36 yaşlı Konstantinos Momtsis Bolqarıstanda xizək meydançasında həyatını itirib.

Konstantinos Momtsis bir qrup xizəkçi və alpinistlə Bolqarıstanın Markujik bölgəsindəki Boroviç xizək meydançasında xizək sürdüyü zaman arxalarından gələn qar uçqununun altında qalıb.

150 metr uzunluğunda və 30 metr enində uçqunun altında qalan dörd xizəkçidən üçü axtarış-xilasetmə qrupları tərəfindən yaralı vəziyyətdə xilas edilib və xəstəxanaya aparılıb. Lakin Momtsisin cəsədi saatlar sonra tapılıb.

Xilasetmə qrupunun rəhbəri Steufan Xristov hadisənin təfərrüatından danışıb.

“Biz Momtsisin və onun yoldaşlarının meydançanın ən çətin hissəsindən çox dik bucaq altında endiyini gördük. Üzərilərində bel çantaları və GPS cihazları yox idi, olsaydı, biz onları daha tez tapa bilərdik. Eniş zamanı xizəkçilərdən biri üfüqi hərəkət etdi ki, bunu etməməli idi, bu da onların arxasında uçqunun yaranmasına səbəb oldu. Arxalarından gələn iki metr qalınlığında uçqunun altında qaldılar”, – deyə o bildirib.

Momtsisin qəfil ölümü Yunanıstanda şok effekti yaradıb. Onun cənazəsi yaşadığı Florina şəhərinə göndərilib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir