Cəmiyyət

Magistratura imtahanı verənlərin DİQQƏTİNƏ: Nəticələr elan olundu

Sharing is caring!


Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 11 fevral 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırılabilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.

DİM-dən verilən məlumata görə, imtahan nəticələri ilə buradan tanış olmaq mümkündür. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin, mobil operatorlar (“Azercell”, “Bakcell”, “Nar”, “Naxtel”) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qeyd edək ki, yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – altı həftə ərzində təqdim olunacaq. Xatırladaq ki, iştirakçılar qapalı və kodlaşdırılabilən tapşırıqlar üzrə 95, esse üzrə isə maksimal beş bal toplaya bilərlər.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 19 725 bakalavrdan 421 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün iki nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçılarının nəticələrlə bağlı apellyasiya müraciətlərinə yekun imtahan balı elan olunduqdan sonra baxılacaq. Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq.

Cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn, qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir