Cəmiyyət

Bu il Bakıda nişanın tələblərinin pozulmasına görə 40 mindən çox protokol tərtib olunub

Sharing is caring!

Bu ilin 11 ayı ərzində Bakıda İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi üzrə nişanın tələblərinin pozulmasına görə 40 mindən çox protokol tərtib olunub.

“Report“ xəbər verir ki, bunu xüsusi avtobus zolaqları ilə bağlı mətbuat konfransında Baş Dövlət Yol Polisinin baş inspektoru Araz Əsgərli qeyd edib.

“Paytaxt ərazisində ən çox qayda pozulması dayanma və durma ilə bağlıdır. Bunlar daha çox səkilərin, piyada zolaqlarının, avtobus dayanacaqlarının tutulması ilə bağlıdır. Hələ də avtobus zolaqlarına istədiyimiz qədər məsuliyyətli münasibət yoxdur. Bu cür qayda pozuntuları kamera görüntüləri ilə araşdırılır və hər birinə hüquqi qiymət verilir”, – deyə A. Əsgərli bildirib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir