İdman

Albaniyada sükut pozuldu: “Roma” və “Feyenoord” azarkeşləri arasında kütləvi dava – VİDEO

Sharing is caring!

Konfrans Liqasının finalına vəsiqə qazanmış “Roma” və “Feyenoord” klubunun azarkeşləri arasında toqquşmalar baş verib.

Fanatlar bu gün final oyununun baş tutacağı Albaniyanın paytaxtı Tiranada sakitliyi pozub, bir-birlərinə qarşı zorakılıq ediblər.

Toqquşmalar nəticəsində 10 albaniyalı polis xəsarət alıb.

Hüquq-mühafizə orqanları zorakılıq edən azarkeşlərə qarşı gözyaşardıcı qazdan istifadə etməli olub.

Polisin məlumatına görə, hər iki komandanın ümumilikdə 60 azarkeşi həbs edilib.

Mənbə: AFP

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir