Dünya

ABŞ Üsamə bin Ladenin köməkçisini azad edəcək

Sharing is caring!


Əfqanıstan və ABŞ Quantanamoda saxlanılan Məhəmməd Rəhim əl-Əfqaninin “Taliban” tərəfindən əsir götürülmüş amerikalı Rayan Korbetlə dəyişdirilməsi barədə razılığa gəlib.

Məlumata görə, Qətərdə bir neçə aylıq danışıqlardan sonra tərəflər bin Ladenin keçmiş köməkçisini 2022-ci ilin avqustunda casusluqda şübhəli bilinərək “Taliban” tərəfindən saxlanılan amerikalı QHT əməkdaşı ilə dəyişməyə razılaşıblar. Bildirilir ki, razılaşma daha bir əfqanın ABŞ həbsxanasından azad edilməsini nəzərdə tuta bilər.

Xatırladaq ki, Əl-Əfqani 2007-ci ildə Pakistanın şimal-şərqindəki Lahor şəhərində avtobusa minərkən Pakistan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. 2008-ci ildə o, ABŞ-yə təhvil verilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir