Dünya

Almaniyada onlarla fəal “Bild” qəzetinin mətbəəsini bloklayıb

Sharing is caring!


Şənbə gecəsi 120-yə yaxın nümayişçi 40 avtomobildə Hamburq yaxınlığındakı Arensburq şəhərində “Bild” və “Welt am Sonntag” qəzetlərinin çap olunduğu mətbəəni bağlayıb.

Nümayişçilər Almaniya hökumətinin kənd təsərrüfatı ilə bağlı siyasətinə və bu mövzunun mediada işıqlandırılmasına qarşı çıxıblar.

Nəticədə qəzetlərin yayımı xeyli yubanıb. “Azad və müstəqil mətbuata çıxış demokratiyanın dəyərli sərvətidir. Biz hakimiyyəti qanunun aliliyinin bütün imkanlarından istifadə etməyə çağırırıq və aydın mesaj göndəririk: azlığın fundamental demokratik hüquqlara bu cür müdaxiləsinə yol verilməyəcək”, – “Bild”in daxil olduğu media konserninin nümayəndəsi Aksel Springer deyib.

Xatırladaq ki, artıq bir neçə həftədir, Almaniyada fermerlər federal hökumətin qənaət planlarına, xüsusən kənd təsərrüfatında dizeldən istifadənin planlaşdırılan azaldılmasına etiraz edirlər. Fevralın 5-də fermerlər və orta biznes nümayəndələri güzəştlərin ləğvi ilə razılaşmamaq əlaməti olaraq Hannoverdə NDR teleradio şirkətinin binası qarşısında növbəti etiraz aksiyası keçiriblər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir