Dünya

Ərdoğan ilk türkiyəli astronavtı Alper Gezeravcı ilə telefonla danışdı – VİDEO

Sharing is caring!


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk türkiyəli astronavtı Alper Gezeravcı ilə telefonla danışıb.

Türkiyə Prezidenti əvvəlcə Gezeravcıya tapşırığı uğurla yerinə yetirdiyinə görə təşəkkür edib.

“Bütün ailə üzvlərinə salamlarımı və sevgilərimi çatdır. İnşallah Türkiyəyə qayıdanda ətraflı görüşmək fürsətimiz olacaq” – deyə R.T.Ərdoğan qeyd edib.

Xatırladaq ki, 19 yanvar Türkiyə vaxtı ilə 00:49-da Alper Gezeravcının da olduğu “Dragon” kapsulu “SpaceX”ə aid “Falcon 9” daşıyıcı raketi vasitəsi ilə NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindən BKS-ə göndərilib. Ax-3 komandası BKS-də 14 gün vaxt keçirib.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir