Dünya

Putin “Şimal axını” boru kəmərləri ilə bağlı təxribatında kimi günahkar hesab etdiyini açıqladı – VİDEO

Sharing is caring!


“Şimal axını” və “Şimal axını 2” boru kəmərlərində təxribat ABŞ kəşfiyyat xidmətləri tərəfindən həyata keçirilib”.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib.

Belə ki, o, ABŞ-li icmalçının boru kəmərlərini kimin partlatması ilə bağlı sualına – “əlbəttə, siz”, – cavabını verib.

Jurnalist zarafatla həmin gün məşğul olduğunu və partlayış həyata keçirmədiyini deyəndə isə prezident aydınlıq gətirib:

“Şəxsən sizin alibiniz ola bilər, lakin Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) belə bir alibisi yoxdur. Bilirsiniz, mən təfərrüata varmayacağam, lakin belə hallarda həmişə deyirlər: maraqlı tərəfi axtarın. Amma bu halda biz təkcə maraqlı tərəfi deyil, həm də bunu bacaran birini axtarmalıyıq. Çünki maraqlı tərəf çox ola bilər, amma Baltik dənizinin dibinə enib bu partlayışı hamı həyata keçirə bilməz. Bu iki komponent bir-birinə bağlı olmalıdır: kim maraqlıdır və kim edə bilər”.

Mənbə: NEWS.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir