Dünya

Dünyanın ən çox qazanan idmançıları məlum oldu

Sharing is caring!


Portuqaliya milli futbol komandasının və Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu 2023-cü il üçün dünyanın ən çox qazanan idmançıları olublar.

Bunu “Sportico” portalının reytinqi sübut edir.

Reytinqə görə, Ronaldu 2023-cü ildə 275 milyon dollar qazanıb ki, bu da onu həmkarları arasında birinci yerə çıxarıb.

İlk üçlüyə həmçinin 203 milyon dollar qazanan ABŞ-li qolfçu Con Rahm və 130 milyon dollar gəlirlə Argentina milli futbol komandasının və ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu argentinalı Lionel Messi daxildir.

Dördüncü yerdə ABŞ-nin “Los Angeles Lakers” komandasında çıxış edən ABŞ-li basketbolçu LeBron Ceyms (125,7 milyon dollar) və Fransa millisilə PSJ klubunun hücumçusu Killian Mbappe (125 milyon dollar) qərarlaşıb.

Reytinqdə gəlirlərinə görə sıralanan 100 idmançının adı var. Burada basketbolçular (40), futbolçular (16) və beysbol oyunçuları (13) üstünlük təşkil edirlər, lakin sıralamada qolfçular, boksçular, yarış avtomobili sürücüləri və tennisçilər də var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir