Dünya

Rusiyada naməlum silahlı şəxs bankı qarət edib – FOTO

Sharing is caring!


Rusiyada Yekaterinburq şəhərinin mərkəzində yerləşən “Metallinvestbank” bankında silahlı soyğunçuluq hadisəsi baş verib.

Hadisə ilə bağlı məlumatı Daxili İşlər Nazirliyinin Sverdlovsk Baş İdarəsinin mətbuat katibi Valeri Qorelix təsdiqləyib.

Qeyd olunur ki, cinayətkar tapançaya bənzər əşyadan istifadə edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları bank işçilərini və qonşu evlərin sakinlərini dindiriblər.

Bank polis tərəfindən mühasirəyə alınıb.

İlkin məlumata görə, hadisə nəticəsində bankın əməkdaşlarından heç kim xəsarət almayıb.

Cinayətkar 1 milyon rubldan (təxminən 18 min manat – red.) az pul götürə bilib. Hadisənin araşdırılması Daxili İşlər Nazirliyinin rayon Baş İdarəsinin rəhbərliyinin nəzarətindədir.

Mənbə: ura.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir