Dünya

Beynəlxalq müşahidəçilər Xankəndidə səsvermə prosesini izləyiblər – FOTO

Sharing is caring!


Özbəkistan, Serbiya, Belarus və Moldovadan olan beynəlxalq müşahidəçilər Xankəndi şəhərində yerləşən seçki məntəqəsində səsvermə prosesini izləyiblər.

Bu barədə “Report”un Qərb bürosunun şəhərə ezam olunan əməkdaşı xəbər verir.

Müşahidəçilər 122 saylı Xankəndi seçki dairəsinin 14 saylı məntəqəsində olublar.

Onlara seçki prosesi barədə məlumat verilib.

Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir. Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparırlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir