Dünya

Kubanıçbek Ömüralıyev: “TDT-nin müşahidəçiləri Şuşa və Xankəndidə seçkiləri izləyirlər”

Sharing is caring!


Türk Dövlətləri Təşkilatından (TDT) bəzi müşahidəçilər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində prezident seçkisini izləyirlər.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev bildirib.

O qeyd edib ki, təşkilatın müşahidə missiyası iki qrupa bölünüb:

“Onlardan biri işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşa və Xankəndidə seçkiləri izləyir”.

Baş katib xatırladıb ki, seçkilər ərəfəsində TDT-dən olan müşahidəçilər Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, xarici işlər naziri Ceyhun Bayramov, eləcə də qeydə alınmış prezidentliyə namizədlərlə görüşlər keçiriblər.

“Seçki hər bir ölkə üçün mühüm hadisədir. Bugünkü seçkini Azərbaycan üçün tarixi adlandırmaq olar, çünki onlar suveren ölkənin bütün ərazisində ilk dəfə keçirilir. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm”, – deyə K.Ömüralıyev vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir