Siyasət

“Rəy” Monitorinq Mərkəzi: “Exit poll”da saat 13:00 üçün iştirak göstəricisi 43,21% təşkil edir” – FOTO

Sharing is caring!


Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində “Rəy” Monitorinq Mərkəzinin apardığı “exit poll”da saat 13:00 üçün iştirak göstəricisi 43,21% təşkil edir.

“Report” xəbər verir ki, həmin mərkəz 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində “exit poll” keçirir.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilir.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir