Dünya

Pakistanda seçkiyə bir gün qalmış güclü partlayış: Azı 25 nəfər ölüb – VİDEO

Sharing is caring!


Pakistanın Bəlucistan əyalətində ard-arda iki güclü partlayış baş verib.

Bu barədə yerli KİV məlumat verib.

Yayılan ilkin məlumata görə, partlayış nəticəsində 25 nəfər həlak olub, 40-dan çox insan yaralanıb. Lakin ölən və yaralıların sayının yüksələcəyi istisna edilmir.

Qeyd edək ki, sabah Pakistanda milli və əyalət məclislərinə seçki keçiriləcək. Seçkidən sonra ölkədə yeni hökumət qurulacaq.

Partlayışın seçki prosesinə müdaxilə məqsədi ilə törədildiyi istisna edilmir.

Mənbə: RİA Novosti

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir