Cəmiyyət

“Oracle Advisory Group”: “İlk dəfə olaraq Qarabağ bölgəsində də “exit poll” həyata keçiririk” – FOTO

Sharing is caring!


“Biz ABŞ-nin “Oracle Advisory Group” təşkilatı olaraq Azərbaycanda indiyə qədər beş seçkidə fəaliyyət göstərmişik, “exit poll”lar həyata keçirmişik”.

Bunu APA-ya açıqlamasında növbədənkənar prezident seçkisində “exit poll” keçirən ABŞ-nin “Oracle Advisory Group” təşkilatının tərəfdaşı Vlada Qalan deyib.

O bildirib ki, bu seçki çərçivəsində ölkə ərazisi üzrə 40 dairədə və 500 seçki məntəqəsində “exit poll” keçirməyi nəzərdə tutublar:

“Exit poll”un nəticələri bu gün seçki başa çatdıqdan – saat 19:00-dan sonra elan ediləcək. Bir nüansı qeyd etmək istəyirəm ki, biz ilk dəfə olaraq Qarabağ bölgəsində də “exit poll” həyata keçiririk. İşğaldan azad olunmuş ərazilər üzrə altı seçki məntəqəsində “exit poll” həyata keçirilir ki, bu bizim üçün də tarixi məqamdır”.

Vlada Qalanın sözlərinə görə, seçki ilə bağlı əhvali-ruhiyyə inanılmaz dərəcədə optimistdir:

“Bildiyiniz kimi, biz seçkiqabağı sorğu keçirmişdik və seçkiqabağı sorğuda Prezidentə böyük dəstək ifadə olunmuşdu ki, bu da sürpriz deyil, Qarabağda qələbəyə və torpaqların azad edilməsinə görə belə inanılmaz müsbət mühit var”.

“Exit poll”la bağlı hazırlığa gəlincə, Vlada Qalan vurğulayıb ki, bu, kifayət qədər rəvan proses olub, lakin vaxta görə komanda ilə çox sürətlə iki təlim keçirilib:

“Bu, həmişə vaxt aparan prosesdir. ABŞ-dan olan komandamız burada yerli komanda ilə təlimlər keçirdi. Bu proses hər zaman ən uzun sürən prosesdir, ancaq biz bunu zamanında tamamladıq. Biz bütün ölkəyə komanda yerləşdirmişik, ən vacibi isə Qarabağda komandamız var. 30 nəzarətçimiz və 1000-dən çox müsahibə götürən əməkdaşımız var, çox böyük komandadır. Məlumat mərkəzində isə 20-dən çox nəzarətçimiz və 40 məlumat analitikimiz fəaliyyət göstərir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir