Dünya

“Ulduz müharibələri”nin dördüncü epizodunun orijinal ssenarisi hərraca çıxarılacaq – FOTO

Sharing is caring!


“Ulduz müharibələri. Epizod IV. Yeni Ümid” filminin qaralama ssenarilərindən biri fevralın 17-də keçiriləcək “Excalibur” hərrac evində hərraca çıxarılacaq.

Bu barədə məlumat “Excalibur”un rəsmi saytında dərc olunub.

Orijinalda, seriyanın ilk filminin adı fərqli olub. Təqdim olunan fotoşəkillərə əsasən onun adı “Ulduz qatili Lyukun “Uillər” jurnalından götürülmüş sərgüzəştləri” (The Adventures of Luke Star Killer as taken from the “Journal of the Whills”) olub.

Həmçinin filmin çəkilişi zamanı bəzi personajların görünüşü dəyişib.

Bundan əlavə, ssenaridə bəzi səhnələr dəyişdirilib, məsələn, Tatuin səhra planetində Lyuk və Obi-Van arasında protaqonistin atası haqqında dialoq.

Hərrac evinin ekspertlərinin fikrincə, bu ssenari 8-12 min funt-sterlinqə (təxminən 17-26 min manat) satıla bilər.

Mənbə: iz.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir