Dünya

Qətər HƏMAS-dan Qəzza zolağında atəşkəsə dair təklifə cavab alıb

Sharing is caring!


Qətər Fələstinin radikal HƏMAS hərəkatından Qəzza zolağında hərbi əməliyyatların dayandırılması müqabilində israilli girovların azad edilməsinə dair çərçivə razılaşması ilə bağlı cavab alıb.

Bu barədə Qətərin hökumət başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani məlumat verib.

O, HƏMAS-ın saziş layihəsinə reaksiyasını müsbət adlandırıb.

“Biz HƏMAS-dan bəzi şərhləri ehtiva edən, lakin ümumilikdə müsbət olan çərçivə sazişi ilə bağlı cavab aldıq. HƏMAS-ın cavabı ümidvericidir, lakin vəziyyətin həssaslığına görə indi təfərrüata varmayacağıq”, – deyə Qətərin baş naziri Dohada ABŞ dövlət katibi Antoni Blinkenlə birgə mətbuat konfransında bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir