Dünya

III Çarlz dövlət işlərini xəstəxanadan aparacaq

Sharing is caring!


Britaniya Kralı III Çarlz xərçəng müalicəsi zamanı Baş nazir Rişi Sunak ilə həftəlik görüşməyə davam edəcək.

Bukingem sarayından verilən məlumata görə, həkimlərin müalicə zamanı dövlət işlərindən çəkinmək tövsiyələrinə baxmayaraq, kral dövlət işləri ilə məşğul olmağa və sənədlərlə işləməyə davam edəcək. Onun vəzifələrindən biri parlamentin qəbul etdiyi qanunları imzalamaqdır. Hər səhər III Çarlz qırmızı portfeldə imzası tələb olunan sənədləri alır.

Kral Bukingem sarayında baş nazirlə görüşərək mühüm hadisələri müzakirə edəcək. Monarx siyasətə münasibətdə neytral qalmalı olsa da, baş nazirə məsləhət vermək və Nazirlər Kabinetinin qərarları ilə razılaşmadığını bildirmək hüququna malikdir. Görüşlər ciddi məxfilik şəraitində keçirilir və onların məzmunu qeydə alınmır.

Kraliça Kamilla ərinin müalicəsi zamanı ictimai tədbirlərdə iştirak proqramını dəyişməyi planlaşdırmır. Həyat yoldaşının əməliyyatından sonra iş qrafikini müvəqqəti düzəldən Uels şahzadəsi Uilyamın atasının xəstəliyi səbəbindən rəsmi vəzifələrinə qayıdacağı gözlənilir.

Şahzadə Harri ABŞ-dən Böyük Britaniyaya uçmaq və atası Kral III Çarlzı ziyarət etmək niyyətindədir.

Mənbə: Sky News

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir