AKTUAL manset

Dövlət qulluqçusu işdən qovuldu

Sharing is caring!

Mədəni davranış və peşəkarlıq tələblərini pozduğuna görə Nazirlər Kabinetinin baş məsləhətçisinin dövlət qulluğuna xitam verilib.

Nazirlər Kabinetindən Xəbəral.az-a verilən məlumata görə, ölkə ərazisində koronavirus infeksiyasının (Covid-19) yayılmasının qarşısını almaq məqsədilə tətbiq olunan xüsusi karantin rejimində vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi prinsiplərinə zidd hərəkət etdiyi, həmçinin vətəndaşlarla ünsiyyət zamanı mədəni davranış və peşəkarlıq tələblərini pozduğu üçün Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunlarının tələblərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının Regionların inkişafı şöbəsinin regionlarla iş sektorunun baş məsləhətçisi Rəşad Yaqub oğlu Rüstəmov Nazirlər Kabinetinin sərəncamı ilə tutduğu vəzifədən azad edilib. Onun dövlət qulluğuna xitam verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir