Dünya

Bayden Ukraynaya görə İsrailə yardım ayırmaqdan imtina edib

Sharing is caring!


ABŞ Prezidenti Co Bayden İsrailə yardım göstərilməsi ilə bağlı qanun layihəsinə Ukrayna üçün maliyyə vəsaiti nəzərdə tutulmayacağı təqdirdə veto qoyacaq.

Bu barədə Ağ Evin İdarəetmə və Büdcə Ofisinin yaydığı yazılı bəyanatda deyilir.

Sənəddə deyilir ki, ABŞ administrasiyası Nümayəndələr Palatasının yalnız İsrailə yardım göstərməsi təşəbbüsünə qəti şəkildə qarşı çıxır.

Qeyd edək ki, bir qrup ABŞ konqresmeni Ukraynaya əlavə dəstək vermədən İsrailə 17,6 milyard dollar ayrılmasını nəzərdə tutan qanun layihəsi təqdim edib.

Mənbə: Whitehouse.gov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir