Dünya

Afrikada kakao qıtlığı şokolad böhranına səbəb ola bilər

Sharing is caring!


Yanvar ayında birjalarda kakao paxlasının qiyməti tarixi maksimuma çatıb. 2023-cü ilin əvvəli ilə müqayisədə füçerslər 60-70% bahalaşıb.

Dünya birjalarında kakao paxlasının qiymətinin rekord dərəcədə artması tünd şokolad qıtlığı yarada bilər. İstehsalçılar şokolad məhsullarının qiymətlərinin 60-70% arta biləcəyi barədə xəbərdarlıq edirlər. Bu, Afrika ölkələrində iqlim dəyişikliyi fonunda məhsul azlığı səbəbindən xammalın qiymətinin kəskin artması ilə bağlıdır.

Mənfəəti qorumaq üçün istehsalçılar kakao yağını daha ucuz yağlarla əvəz etməklə keyfiyyətə qənaət edə bilərlər. Qeyd olunub ki, şokoladın tərkibindəki kakaonun faizini də azaltmaq mümkündür.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir