Dünya

Azərbaycan XİN: “Türkiyənin həm sevinc, həm də kədərində daim yanındayıq” – FOTO

Sharing is caring!


“Qardaş Türkiyədə böyük insan itkisi və dağıntılara səbəb olan zəlzələnin birinci ildönümündə, faciə qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabındakı paylaşımında bildirilib.

“Bir Millət İki Dövlət kəlamı ilə bağlı olduğumuz Türkiyənin həm sevinc, həm də kədərində daim yanındayıq”, – deyə paylaşımda deyilir.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənubunda və Suriyanın şimal-qərbində 7,8 və 7,5 bal gücündə iki zəlzələ on minlərlə insanın həyatına son qoyub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir