Dünya

Türkiyəyə məxsus yük gəmisi Qara dənizdə minaya düşüb

Sharing is caring!


Türkiyəyə məxsus yük gəmisi Qara dənizdə Rumıniyanın Sulina limanından 11 dəniz mili şimalında minaya düşüb.

Bu barədə dənizçilik və təhlükəsizlik mənbələri xəbər verib.

Onların sözlərinə görə, heyətdən zərər çəkən olmayıb.

Partlayışdan sonra gəmi zərərin nəticələrini araşdırmaq üçün lövbər salıb. Məlum olub ki, gəmi yüngül zədələnib.

“Bosphorus Observer” konsaltinq şirkətinin prezidenti Yörük İşık gəminin Kafkametler Denizcilik ve Ticaret A.Ş.-yə aid olduğunu bildirib.

Məlumata görə, təxminən üç saat sonra gəmi hərəkətinə davam edib.

Mənbə: Reuters

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir