Dünya

Zelenski: “Cəbhədə vəziyyət dalana dirənib, silah kifayət etmir”

Sharing is caring!


“Rusiya-Ukrayna cəbhəsində vəziyyət dalana dirənib, Ukraynanın müasir silahlara ehtiyacı var”.

Bu açıqlama ilə Ukrayna Prezidenti Volodimir Zelenski çıxış edib.

Ukrayna lideri cəbhədə durğunluq olduğunu etiraf edib.

“Müharibəyə gəlincə, durğunluq var, bu faktdır, çünki texnika tədarükündə gecikmələr olub və gecikmələr səhvlər deməkdir… Biz dünyanın ən böyük ordularından birinə qarşı vuruşuruq. Sursat kifayət etmir – bizim müasir texnikaya ehtiyacımız var”, – deyə V.Zelenski vurğulayıb.

Bununla belə, V.Zelenski Ukraynanın dəniz əməliyyatları zamanı müsbət nəticələr əldə etdiyini diqqətə çatdırıb:

“Rusiya çox sayda gəmi itirib və biz Qara dənizdə taxıl dəhlizi yaratmağa nail olmuşuq, yekunda iqtisadiyyata müsbət təsirlər əldə etmişik”.

Mənbə: Rai1

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir