Dünya

Basketbol tarixinin bir nömrəli basketbolçusunun ayaqqabısı da dünyanın hərrac tarixinə düşdü – FOTO

Sharing is caring!


Əfsanəvi amerikalı basketbolçu Maykl Cordan növbəti dəfə tarix yazıb. Onun çempionluq idman ayaqqabısı kolleksiyası hərracda rekord qiymətə – 8 milyon dollara (13,6 milyon manat) satılıb.

Cordan bu ayaqqabı dəstində NBA finalının hamısında qalib gəlib, eyni zamanda, liqanın ən dəyərli oyunçusu olub. Dəstə “Air Jordan VI” (1991), “Air Jordan VII” (1992), “Air Jordan VIII” (1993), “Air Jordan XI” (1996), “Air Jordan XII” (1997) və “Air Jordan XIV” (1998) daxildir.

Seçilmiş slotlardan bəzilərində “Çikaqo Bullz” ulduzunun şəxsi avtoqrafları var.

Qeyd edək ki, hərracda Cordanın idman ayaqqabılarının ümumi dəyəri 8 032 800 dollar (13 655 760 manat) olub. Bu, dünya rekordudur.

Maykl Cordan “Çikaqo Bullz”un tərkibində altıqat NBA çempionu və ikiqat Olimpiya çempionudur (1984, 1992). O, hazırda NBA-nın “Şarlot Hornets” klubunun sahibidir.

Mənbə: Sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir