Dünya

İranda yanvar ayında 70-dən çox məhbus edam edildi: Məhbuslar aclıq aksiyasına başladılar – FOTO

Sharing is caring!


Bu ilin yanvar ayında İran həbsxanalarında azı 74 məhbus dar ağacından asılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı İranda İnsan Haqları Təşkilatına (HENGAW) istinadla xəbər verib.

Məlumata görə, edam hökmü icra edilən məhbuslardan yalnız 12-si barədə İran hökumətinin rəsmi mənbələrində və Məhkəmə Sisteminə bağlı internet saytlarında məlumat verilib.

İranda edamlara etiraz edən siyasi məhbuslar aclıq aksiyasına başlayıblar. Belə ki, Tehranın “Evin” və Kərəcin “Qızılhisar” həbsxanasında əksəriyyəti qadın olmaqla 80-dən çox siyasi məhbus da aclıq aksiyası keçirir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir