Dünya

“Fitch Solutions”: “Bu ilin ilk yarısında Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər”

Sharing is caring!


“Biz inanırıq ki, 2024-cü ilin birinci yarısında Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalana bilər”.

Bu barədə “Fitch Solutions” beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı proqnozunda bildirilib.

“Çox güman ki, sülh sazişinə Zəngəzur dəhlizinin yaradılmasına Azərbaycanın nəzarətini gücləndirmək müddəaları daxil olacaq. 2023-cü ilin sentyabrında Qarabağda uğurlu hərbi əməliyyatdan sonra Azərbaycan qısa və ortamüddətli perspektivdə regional təhlükəsizliyini gücləndirib”, – “Fitch Solutions”un şərhində qeyd edilib.

Məqalədə həmçinin qeyd olunur ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar birbaşa görüşlər yolu ilə aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir