Dünya

Avropada fermerlər üsyanı olacaq? – Daha bir ölkədə “dördlüy”ün qərarını gözləyirlər

Sharing is caring!


Slovakiya fermerləri Vışeqrad qrupunun (Aİ-də Slovakiya, Çexiya, Polşa və Macarıstandan ibarət regional birlik) digər ölkələrinin fermerləri ilə koordinasiyada Fransa və Almaniyada Aİ-nin kənd təsərrüfatı siyasətindəki çatışmazlıqlara qarşı keçirilən etiraz aksiyalarına qoşulmağa hazırdırlar.

Bu barədə Slovakiyanın Kənd Təsərrüfatı və Ərzaq Palatasının rəhbəri Emil Maho məlumat verib.

“Vışeqrad qrupundakı tərəfdaşlarımızla razılaşsaq, slovakiyalı fermerlər küçələrə çıxmağa hazırdırlar. 50 deyil, 100 və ya 200 traktor küçələrə çıxacaq”, – deyə E.Maho bildirib.

Onun sözlərinə görə, etirazların məqsədi bürokratiya ilə mübarizə olacaq.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir