Dünya

Türkiyədə zəlzələ zamanı ziyan dəyən ikimərtəbəli ev çökdü: Ölən və yaralananlar var – FOTO

Sharing is caring!


Türkiyənin Şanlıurfa vilayətinin Bozova məhəlləsində ikimərtəbəli ev çöküb.

Nəticədə iki nəfər ölüb, səkkiz nəfər yaralanıb.

Səhərə yaxın baş verən hadisə ilə əlaqədar bölgəyə çox sayda fövqəladə hallar, xilasetmə, sağlamlıq və jandarm qrupları cəlb edilib.

Çökən evə keçən il fevralın 6-da baş verən zəlzələ zamanı orta dərəcədə ziyan dəydiyi məlum olub.

Hadisə ilə bağlı istintaq davam edir.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir