Cəmiyyət

AYNA-nın İdarə Heyətinin sədri: “Daşıyıcıların çox sayda avtobusları tıxaca görə istifadə edilmir”

Sharing is caring!


“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daşıyıcıların istifadə etmədiyi avtobusların dövriyyəyə qaytarılması istiqamətində işlər aparır”.

Oxu.Az xəbər verir ki, bunu parklanmanın idarəedilməsi üçün mobil tətbiqin təqdimatı zamanı çıxışında AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev deyib.

O bildirib ki, aparılan araşdırmalar onu deməyə əsas verir ki, daşıyıcıların çox sayda avtobusu tıxaca görə istifadə edilmir:

“AYNA tərəfindən şəhərin mobilliyinə dair müvafiq araşdırmalar aparılır. Bu araşdırmalar nəticəsində əldə edilən yekun bir sıra məlumatlar artıq var. Mobilliyə nail olmaq üçün hazırda zəruri olan bütün tədbirlər görülür”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir