Dünya

NATO soyuq müharibədən bu yana ən böyük hərbi təlimlərə başlayır: 90 minlik ordu toplanacaq

Sharing is caring!


Şimali Atlantika Alyansı son onilliklərin ən böyük təliminə başlayır.

Almaniya, Polşa və Baltikyanı ölkələrdə yüz minə yaxın hərbi qulluqçu NATO üzvlərindən birinə mümkün, ən əsası isə qəfil hücumla bağlı məşqlər edəcək.

NATO-nun “Dayanıqlı müdafiəçi” təlimi soyuq müharibədən bu yana keçirilən ən böyük təlimdir. Norveçdən Rumıniyaya qədər Rusiya sərhədləri boyunca 90 minlik ordu toplanacaq. 31 ölkədən olan ordu Rusiyanın hücumunun dəf edilməsi ssenarisi üzərində çalışacaq.

Rusiya Xarici İşlər Nazirliyi isə bu hərəkətləri təxribat adlandırıb və real hərbi insidentlər riski daşıdığını bildirib. Nazirlik, həmçinin qeyd edilən ssenarinin də cəfəngiyyat olduğunu bildirib.

NATO təlimləri Rusiya ilə sərhəddə havada, quruda və dənizdə keçiriləcək.

Mənbə: NTV.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir