Dünya

“Şimal axını”nda partlayışlar sualtı dronlarla həyata keçirilib? – VİDEO

Sharing is caring!

Polşa televiziyası “Şimal axını”nda partlayışın necə baş verdiyini əks etdirən kompüter versiyasını yayımlayıb. Kadrlarda kəmərin üç sualtı dron vasitəsilə partladıldığı görünür.

Xatırladaq ki, sentyabrın 27-də Rusiya qazını Avropaya nəql edən əsas marşrutda – “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərində sızma qeydə alınıb. İsveç hökuməti bir gün sonra hadisənin təxribat ola biləcəyini elan etdi. Sentyabrın 30-da Danimarka da kəmərdə ümumi tutumu 1000 kq trotildən çox olan iki partlayış baş verdiyini elan etdi.

Mənbə: TVP1

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir