Dünya

Lordlar Palatası Abramoviçin dondurulmuş pullarına görə hökumətə çağırış edib

Sharing is caring!


Britaniya Lordlar Palatasının Avropa İşləri Komitəsi rusiyalı milyarder Roman Abramoviçin dondurulmuş gəlirləri ilə bağlı hökumətə çağırış edib.

Komitə “Çelsi” futbol klubunun satışından əldə edilən və ukraynalılara yardıma xərclənməsi nəzərdə tutulan 2,5 milyard funt sterlinq vəsaiti təcili olaraq blokdan çıxarılmasına çağırıb.  

Lordlar Palatasının Avropa İşləri Komitəsi vurğulayıb ki, “Çelsi”nin satışından əldə edilən və dondurulmuş vəsaitin hələ də Ukraynanı dəstəkləmək üçün istifadə edilməməsi anlaşılan deyil. 

“Biz hökuməti təcili olaraq bu çıxılmaz vəziyyətdən həll yolunu tapmaq üçün bütün hüquqi rıçaqlardan istifadə etməyə və Ukraynanın çox ehtiyac duyduğu və çoxdan ona çatması nəzərdə tutulan pulları Kiyevin ixtiyarına verməyə çağırırıq”, – deyə komitənin Britaniya hökumətinə ünvanlandığı müraciətdə qeyd olunub.

Lordlar Palatasının Avropa İşləri Komitəsi əlavə edib ki, bütün vəsaitlər Ukrayna hakimiyyətinin nəzarətində olan ərazilərin bərpasına xərclənməlidir.

Mənbə: BBC

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir