Dünya

80 yaşlı Baydenin sağlamlıq hesabatı açıqlandı: Prezident vəzifəsini yerinə yetirə biləcəkmi?

Sharing is caring!

“Baydenin səhhəti prezidentlik vəzifələrini yerinə yetirməyə imkan verir”.

Bu barədə ABŞ Prezidenti Co Baydenin həkimi Kevin Okonnor açıqlama verib.

Ağ Ev həkimin bu hesabatını ictimaiyyətlə paylaşıb. Hesabatda ABŞ ictimaiyyətinin gündəmində olan 80 yaşlı Baydenin səhhəti ilə bağlı ətraflı məlumatlar yer alır.

Okonnor keçirdiyi rutin müayinələrdən sonra qeyd edib ki, 80 yaşında sağlam və enerjili olan Baydenin sağlamlıq durumu onun prezident, baş komandan və dövlət başçısı kimi vəzifələri yerinə yetirməsinə imkan verir.

Hesabatda, həmçinin Baydenin döş qəfəsindəki zədələnmə ilə bağlı biopsiya aparıldığı, lakin nəticələrin hələ çıxmadığı bildirilib. Qeyd edilib ki, prezidentin digər müayinələri normaldır, son dərəcə ətraflı nevroloji müayinə aparılıb və onun Parkinson kimi nevroloji xəstəliyinin olmadığı məlum olub.

Hesabatda həmçinin vurğulanıb ki, COVID-19 xəstəliyi keçirən Bayden artıq bu xəstəliyin simptomlarını daşımır. Onun daim boğazını təmizləməsinin səbəbi isə mədəsindəki reflüksdür.

ABŞ tarixinin ən yaşlı prezidenti olan Bayden 2024-cü il prezident seçkisində namizəd olmaq niyyətini bildirib, lakin hələ ki rəsmi olaraq namizədliyini açıqlamayıb. Sağlamlıq hesabatının ictimaiyyətlə paylaşılmasından sonra Baydenin tezliklə namizədliyi barədə bəyan edəcəyi gözlənilir.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir