İqtisadiyyat

Azərbaycanın xarici ticarət dövriyyəsinin saldosu 34% azalıb

Sharing is caring!


2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 43 520,18 milyon ABŞ dollarına bərabər olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 6% azdır.

Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat yayıb.

Son bir ildə ölkə üzrə ixrac 15,5% azalaraq 29 345 milyon ABŞ dolları təşkil edib. Əksinə, idxal isə 22,3% artaraq 14 174 milyon ABŞ dollarına yüksəlib.

Xarici ticarət dövriyyəsinə 15 171 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 34,3% az olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir