İdman

“Milan”ın əfsanəsi Azərbaycan millisindən gələn təklifi geri çevirdi

Sharing is caring!


Ötən ilin dekabrında Canni De Byazi ilə vidalaşan AFFA rəhbərliyi tanınmış şəxsi milliyə gətirmək istəyib.

Bu barədə Sportinfo.az-a federasiya rəhbərliyinə yaxın şəxslər məlumat veriblər.

Onların bildirdiyinə görə, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov Andrey Şevçenkonu Azərbaycan yığmasında görmək niyyətinə düşüb.

Yeni baş məşqçinin müəyyənləşdirilməsi məqsədilə yaradılan İşçi Qrupunun sədri ukraynalı məşhurla əlaqə saxlanılmasını və şərtlərinin öyrənilməsini tapşırıb.

Şeva Bakıdan edilən zəngi müsbət cavablandırmayıb. Kiyev “Dinamo”su və “Milan”dakı çıxışıyla dünyaya səs salmış keçmiş hücumçu təklifi geri çevirib.

O, Ukrayna Futbol Assosiasiyasının (UFA) prezidenti olmağa hazırlaşdığını, bir daha məşqçi olaraq çalışmağı planlaşdırmadığını bildirib.

Bugünlərdə UFA-nın prezidenti vəzifəsinə namizədlərin qeydiyyatı ilə bağlı yaradılmış İşçi Qrupun növbəti iclası keçirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir