Dünya

Beş qidalanma üsulu ilə qrip infeksiyalarından qorunmanın yolları – FOTO

Sharing is caring!


Qrip infeksiyalarından qorunmağın yollarından biri də düzgün qidalanmadır.

Bu barədə qidalanma və pəhriz üzrə türkiyəli mütəxəssis P.Gizem Akgül tövsiyələrini verib.

Diyetoloq bütün yaş qruplarına təsir edən və xüsusilə soyuq havalarda sürətlə yayılaraq epidemiyaya çevrilən mövsümi qripdən qorunmağın yollarından danışıb.

Gizem Akgül bunun üçün beş vacib qidalanma şəklinin əhəmiyyət kəsb etdiyini bildirib.

1. Tərkibində C vitamini olan qidalara yer ayırın. C vitaminindən istifadə infeksiyaların qarşısını alır və müalicə prosesinə dəstək olur. Vacib antioksidantdır və hüceyrələrin zədələnməsinin qarşısını alır. C vitamini əsasən cəfəri, qırmızı bibər, tünd yaşıl yarpaqlı tərəvəzlər, kələm, brokoli, zoğal, kivi və sitrus meyvələrində mövcuddur.

2. Turpkimilər fəsiləsindən olan tərəvəzlər yeyin. Tərkibindəki fitokimyəvi maddələr antioksidant qabiliyyətini artırmağa kömək edir. Həmçinin C vitamini DNT zədələnməsinin qarşısını almaq üçün əhəmiyyətlidir. Hüceyrələrin quruluşuna müsbət təsir edir və xərçəng, virus və bakteriyalara qarşı qoruyucu təsir göstərir. Xüsusilə qrip infeksiyalarında immuniteti gücləndirmək üçün üzərinə limon sıxaraq və bal ilə şirinlik qataraq turpu müxtəlif üsullarla istifadə etmək olar.

3. Tərkibində kversetin olan qidalara yer ayırın. Kversetin həm fiziki, həm də zehni fəaliyyətə müsbət təsir edir, antioksidantdır və infeksiyalara qarşı qoruyur. Xüsusilə fındıq və günəbaxan kimi yağlı toxumlarda, çiyələk, alma, pomidor, üzüm və soğan kimi tərəvəz və meyvələrdə olur. Yağlı toxumların tərkibində, həmçinin E vitamini də var və seleniumla birlikdə qəbul edildikdə, E vitamininin antioksidant xüsusiyyətlərini artırır və orqanizmdə infeksiyaların məhv edilməsinə yardımçı olur.

4. Omeqa-3 əlavələri faydalıdır. Soyuq sularda yaşayan balıqlar ən yaxşı omeqa-3 mənbəyidir. Amerika Ürək Dərnəyi böyüklərin omeqa-3 ehtiyacını qarşılamaq üçün həftədə ən az iki porsiya balıq yeməklərini tövsiyə edir. Bu, immunitet sistemini dəstəkləyir və yoluxucu xəstəliklərdən daha yaxşı qoruyur.

5. Aralıq dənizi pəhrizi immunitet sistemini dəstəkləyir. Yağlı toxumlar, paxlalılar və tam taxıllardan ibarət Aralıq dənizi pəhrizi tərəvəz və meyvələrlə zəngindir.

Antioksidant qabiliyyətinin artmasına imkan verir, immunitet sistemini gücləndirir. Aralıq dənizi pəhrizi omeqa-3 yağ turşuları ilə zəngindir. Bu pəhrizdə mühüm yeri olan zeytun yağı antioksidant təsirə malikdir və LDL xolesterinin azalmasına kömək edir. Gündə 2-3 porsiya müxtəlif rəngli meyvələrdən istifadə etmək və yeməklərlə birlikdə mövsüm tərəvəzləri, zeytun yağı və təzə limonla hazırlanmış rəngli salatlardan da istifadə etmək vacibdir.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir