Dünya

Berlin hava limanı bütün reysləri ləğv edir

Sharing is caring!


Fevralın birindən etibarən Berlin hava limanından uçan bütün reyslər ləğv ediləcək.

Səbəb təhlükəsizlik işçilərinin tətil etmələridir.

Qeyd olunub ki, etiraz aksiyası ölkənin hava limanlarında işləyən işçilərin əmək haqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılmasını tələb edən Almaniyanın ikinci ən böyük həmkarlar ittifaqı olan “Ver.di” tərəfindən təşviq edilib.

Berlin hava limanından həmçinin xəbərdarlıq edilib ki, gələn reyslərdə də fasilələr yarana bilər.

Mənbə: “RİA Novosti” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir