Dünya

Britaniya səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılıb

Sharing is caring!


Böyük Britaniyanın İrandakı səfiri Saymon Şerkliff Londonda Tehranla bağlı səslənən bəyanatlarla əlaqədar İranın Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə nazirlikdən məlumat verilib.

“Britaniya rejiminin Tehrana qarşı davam edən ittihamları ilə əlaqədar olaraq Britaniya səfiri İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb və ona sərt etiraz bildirilib”, – deyə İran XİN-in açıqlamasında qeyd olunub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir