Dünya

Fumio Kişida: “Yaponiya Ukraynaya dəstəyi fəal şəkildə davam etdirəcək”

Sharing is caring!


“Yaponiya hələ də ərazi probleminin həlli və Rusiya ilə sülh müqaviləsi bağlamaq siyasətinə sadiqdir, lakin eyni zamanda anti-Rusiya sanksiyaları və Ukraynaya dəstək siyasətini davam etdirmək niyyətindədir”.

Bu sözləri Yaponiya Baş naziri Fumio Kişida parlamentin aşağı palatasının plenar iclasında çıxışı zamanı deyib.

“Biz Rusiyaya qarşı sanksiyaları və Ukraynaya dəstəyi fəal şəkildə davam etdirəcəyik. Rusiyanın Ukraynaya təcavüzü səbəbindən Yaponiya-Rusiya münasibətlərində çətin vəziyyət yaranıb, lakin Yaponiya ərazi probleminin həllinə və sülh razılaşmasının əldə olunmasına yönəlmiş kursa qətiyyətlə sadiq qalır”, – deyə baş nazir qeyd edib.

Kişida, həmçinin fevralın ikinci yarısında Tokioda Ukraynanın bərpası problemi ilə bağlı konfransın keçiriləcəyini də xatırladıb.

Xatırladaq ki, ötən əsrin ortalarından Moskva və Tokio İkinci Dünya müharibəsindən sonra sülh sazişinin hazırlanması üzrə danışıqlar aparır. Bunun üçün əsas maneə kimi Kuril adalarının cənub hissəsinə olan hüquqlarla bağlı fikir ayrılıqları olaraq qalır.

Müharibə başa çatdıqdan sonra bütün arxipelaq Sovet İttifaqının tərkibinə daxil edilib, lakin Yaponiya İturup, Kunaşir, Şikotan və bir qrup kiçik məskunlaşmamış adalar üzərində mülkiyyətlə bağlı mübahisələr aparır. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə vurğulayıb ki, müvafiq beynəlxalq hüquqi bazaya malik olan bu ərazilər üzərində Rusiyanın suverenliyi şübhəsizdir.  

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir