Dünya

PSJ və “Real” Mahir Emrelinin çıxış etdiyi klubun yetirməsinə elçi düşüb

Sharing is caring!

PSJ və Madrid “Real”ının rəhbərliyi hücuma meyilli xorvatiyalı yarımmüdafiəçi Lovro Mayeri öz sıralarına qatmaq üçün mübarizəyə başlayıb.

24 yaşlı futbolçu hazırda Fransanın “Renn” klubunun heyətində çıxış edir.

L.Mayer ötən yay 13 milyon avro qarşılığında Zaqreb “Dinamo”sundan “Renn”ə keçib. Xorvatiyalı futbolçunun transfer qiyməti 20 milyon avrodur. L.Mayerin “Renn” ilə müqaviləsi 2026-cı ilin iyun ayında bitir.

Məlumat üçün əlavə edək ki, futbolçu hazırda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”sunun yetirməsidir.

Mənbə: Get French Football News

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir