Dünya

“Bloomberg” ABŞ-nin gizli əməliyyat planından yazdı: İrana zərbə endirəcək?

Sharing is caring!


“ABŞ İrana qarşı gizli əməliyyat aparmağı nəzərdən keçirir”.

Bu barədə “Bloomberg” nəşri ABŞ nümayəndələrinin mövqeyi ilə tanış olan mənbəyə istinadən yazıb.

Məlumata görə, ABŞ İordaniyanın şimalında yerləşən hərbi bazasına hücum zamanı üç amerikalı əsgərin həlak olmasından sonra bu ehtimalı nəzərdən keçirməyə başlayıb.

“ABŞ hərbçiləri gizli əməliyyat keçirə və İrana zərbə endirə bilərlər, lakin buna görə məsuliyyəti üzərlərinə götürməyəcəklər”, – deyə nəşr qeyd edib.

Həmçinin bildirilib ki, ABŞ İran rəsmilərinə hücumlar vasitəsilə birbaşa şəkildə də cavab verə bilər. Buna nümunə olaraq 2020-ci ildə Bağdadda öldürülən SEPAH generalı Qasım Süleymaniyə edilən hücum göstərilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir